Cari ilin ilk 10 ayı ərzində keçirilmiş elektron satınalmaların sayı 17 min 804, satınalmalarda iştirakçıların sayı isə 99 min 447 təşkil edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müsabiqələrdəki iştirakçı sayında 2 dəfədən çox artım müşahidə edilib.
Bir elektron satınalmada iştirak edən orta təchizatçı sayı isə 2023-cü il ilə müqayisədə 1,45 dəfə artaraq 5,66-ya çatıb.
Dövlət satınalmalarının elektronlaşdırılması bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin iclasında