Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz Regional Enerji Təchizatı və Satış İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən mülki müdafiə məşqi keçirilib (video, foto)
FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
FHN “Aghdam Residence” yaşayış kompleksində təlim keçirib (video, foto)