Maliyyə naziri Samir Şərifov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında maliyyə, iqtisadi, beynəlxalq maliyyə qurumları çərçivəsində və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub, Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, qlobal əhəmiyyətə malik iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından tədbirin önəmi qeyd olunub.
Səfir Yunanıstanın COP29-da ən yüksək səviyyədə – Baş nazir Kiriakos Mitsotakisin rəhbərliyi altında nümayəndə heyəti ilə təmsil olunduğunu xatırladıb və qlobal iqlim konfransının olduqca qısa müddət ərzində yüksək səviyyədə təşkili və keçirilməsinə görə təbriklərini çatdırıb.
Görüş zamanı, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində iki ölkənin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə dair istək ifadə olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Yunanıstanın ölkəmizdəki səfiri Maliyyə Nazirliyində olub