Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ali təhsil müəssisələrinin tələbələri üçün elan etdiyi növbəti “Təqaüd proqramı” müsabiqəsinin qalibi olublar.
Universitetdən verilən məlumata görə, müsabiqə qaliblərinin hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin QSC-də təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
“AzerGold” QSC 2021-ci ildən ali və peşə təhsili üzrə “Təqaüd proqramı” layihələri icra edir. Bu günədək ali məktəblərin bakalavriat və magistratura səviyyələrində təhsil alan 28, peşə təhsili müəssisələrindən isə 35 tələbəyə təqaüd verilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“AzerGold” QSC-nin təqaüd müsabiqəsinin qalibləri mükafatlandırılıb
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
“AzerGold” QSC-nin 5-ci Təqaüd Proqramı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib