azturkxeber.az
http://azturkxeber.az

ABŞ-ın Böyük Britaniyadakı hərbi bazalarını dron hücumlarından qorumaq üçün qoşunlar yerləşdirilib

27-11-2024

 ABŞ-ın İngiltərədəki bir neçə hərbi bazasının üzərində naməlum dronlar müşahidə edilib.

Bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadən xəbər yayıb. Bu məqsədlə Böyü Britaniya hərbçiləri əlavə qüvvələr yerləşdirib. Qeyd olunub ki, son bir həftə ərzində üç bazanın yaxınlığında müəyyən edilməmiş bir neçə dronun uçması ilə bağlı hadisələr qeydə alınıb.

Bu təhdidləri dəf etmək üçün Kral Hərbi Hava Qüvvələri (RAF) polkunun təhlükəsizlik üzrə ixtisaslaşmış personalı üç hərbi bazada yerləşdirilib.

Onlar hava məkanını qorumaq üçün “Orcus” adlanan sistemdən istifadə edəcəklər. Bu sistem dronları aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdə onları zərərsizləşdirmək qabiliyyətinə malikdir.

ABŞ Hərbi Hava Qüvvələri isə bu üç baza üzərində hava məkanını monitorinq etməyə davam edəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930