azturkxeber.az
http://azturkxeber.az

Regionlarda uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib

26-11-2024

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 regionda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 18-23 noyabr 2024-cü il tarixlərində uşaqlara qarşı zorakılığın qarşısının alınması mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib.

Mərkəzlərdə və təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon icra hakimiyyəti, polis şöbəsi, təhsil sektorunun əməkdaşları, müəllimlər, psixoloqlar, məktəblilər, valideynlər, mərkəzlərin nümayəndələri və ekspert qruplarının üzvləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər ölkəmizdə uşaqları müdafiə mexanizminin genişləndirilməsi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, o cümlədən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyası, konvensiyaya üzv dövlətlərin öhdəlikləri, “4 P yanaşması” (qabaqlayıcı tədbirlər), müdafiə, cinayət təqibi, milli və beynəlxalq əməkdaşlığın təşviqi haqqında məlumat veriblər.

Uşaqlara qarşı zorakılığın yaranma səbəbləri barədə ətraflı məlumat verən psixoloqlar zorakılığa məruz qalmış uşaqların psixoloji vəziyyətində baş verən mənfi dəyişikliklərin onların şəxsiyyət kimi formalaşmasına ciddi zərər vurduğunu qeyd edərək, onları bu kimi hallardan qorumağın vacibliyini vurğulayıblar. 

Müəllimlər çıxışlarında məktəblərdə şagirdlər arasında baş verən zorakılıq halları, onunla mübarizə yolları və valideyn-məktəb əlaqələrinin gücləndirilməsinin vacibliyindən danışıblar.

Yekunda mövzu ilə əlaqəli sosial çarxlar və təqdimatlar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930