Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub.
ADNSU-dan verilən məlumata görə, akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günündə təşkil edilib.
Panel iclasda ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru dosent Elviz İsmayılov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə universitetin startap mərkəzində reallaşan startaplar və innovativ layihələrdən danışıb. COP29 çərçivəsində ADNSU-nun komandasının “Yaşıl hidrogen və onun karbon nanoborularda saxlanılması perspektivləri” ideyası sərgidə qonaqlara təqdim edilib.
İclasda, həmçinin agentliyi və müxtəlif universitetlərin nümayəndələrinin məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru ilə görüşüb
Yaşıl sivilizasiyanın COP29 anonsu
AzMİU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Milli Məclisin iclası keçirilib
BMU QS reytinqində ölkə üzrə dördüncü yerə yüksəlib