İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın enerji sahəsində məsul nazirlərinin yaşıl enerji tədarükü mövzusunda toplantısı keçirilib.
Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Bolqarıstanın energetika naziri Vladimir Malinov iştirak ediblər.
Görüşdə Azərbaycan və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı əsasında, yaşıl enerjinin Avropaya müxtəlif marşrutlar vasitəsilə çatdırılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş olub.
Görüşdə enerji sahə üzrə ölkələrimiz arasındakı əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub.
Türkiyəyə, buradan Avropaya yaşıl enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafı, Iğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə IV Enerji Forumunun keçirilməsi ilə bağlı cari vəziyyət dəyərləndirilib.
Xatırkadaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”