“Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edib.
İctimai birlikdən verilən məlumata görə, Yaşıl Zonada yerləşən Milli QHT Forumu pavilyonunda Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edilib. Noyabrın 15-də və 20-22-də nümayiş olunan fotolarda Ermənistanın 30 ilə yaxın bir müddətdə mina çirkləndirməsinə məruz qoyduğu Azərbaycan torpaqlarında minaya düşmüş şəxslər təsvir olunur. İyirmi fotodan ibarət “Düyməni sıxan ayaqlar” adlı sərgi yerli və xarici ziyarətçilərdə dərin təəssürat yaradıb.
Eyni zamanda, ictimai birliyin müxtəlif dövlət qurumları, özəl təşkilat və mediada çalışan 26 üzvü COP29-un keçirildiyi məkanda fotoqraf kimi iştirak edib. Onlar hər gün mötəbər tədbirin işıqlandırılmasına öz töhfələrini veriblər.
Bundan əlavə, “Gilavar Foto Klubu” ictimai birliyi COP29-da qeyri-hökumət təşkilatı fəaliyyəti ilə yanaşı, media kimi də təmsil olunub. Təşkilatın 6 üzvü Gilavar Foto Klubu adı altında media akkreditasiyadan keçərək fotomüxbir kimi fəaliyyət göstərib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
COP29 çərçivəsində Gilavar Foto Klubu Azərbaycanda mina qurbanlarına həsr olunan sərgi təşkil edib
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
COP29-un Prezidenti Azərbaycan QHT-lərinin pavilyonundakı şərait barədə məlumandırılıb
Yaşıl sivilizasiyanın COP29 anonsu