Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso COP29 çərçivəsində Azərbaycanda səfərdə olub. O, həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu” çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan konqolu tələbələrlə görüşüb.
BANM-dən verilən məlumata görə, görüşdə Konqo Respublikasının Prezidenti bu sənədin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Prezident 8 tələbə ilə görüşərək, onların hər birinə uğurlar arzulayıb və gələcəkdə daha çox konqolu tələbənin BANM-də təhsil almasına ümidvar olduğunu deyib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin iclasında
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”