Aksiyanı keçirməkdə məqsədimiz Avropa ölkələrində yaşayan, oraya köçmüş miqrantların hüquqlarını müdafiə etməkdir. Onlara qarşı insan haqlarının, ədalətin bərpasını tələb edirik.
azturkxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Davamlı Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Nərminə Qəribova deyib.
O vurğulayıb ki, miqrantlar öz xoşları ilə yaşadıqları yerləri tərk etməyiblər. Onlar Şərqdə və Afrika regionda törədilmiş süni müharibələr səbəbindən öz ölkələrindən uzaqlaşmaq məcburiyyətində qalıblar.
"Bu gün Avropa ölkələrində miqrantlara qarşı qərəzli münasibət müşahidə edilir. Onlara qarşı insanlıqdan kənar rəftar olunur. Biz həmin dövlətləri qoşulduları insan hüquqları konvensiyalarına əməl etməyə çağırırıq. Ölkələrin siyasətləri nə olur olsun, insan faktoru hər zaman ilk sırada olmalıdır. İstərdik ki, bütün insanlara bərabər münasibət göstərilsin, onlara qarşı ayrı-seçkiliyə yol verilməsin”, - deyə QHT sədri vurğulayıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!