Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində “Nüvə enerjisindən istifadənin 2050-ci ilədək üçqat artırılması üçün səylərin inkişaf etdirilməsi” adlı tədbirdə iştirak edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, S.Məmmədov çıxışında iqlim dəyişmələri üzrə diskussiyaların qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd edib.
Nazir müavini Azərbaycanın bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu, həmçinin ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq, 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq planını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin məsuliyyətini anlamaqla təmiz enerji keçidinə sadiqliyini bildirərək bu aspektdə nüvə enerjisinə, xüsusilə kiçik modul reaktorlar (SMR) kimi innovativ nüvə texnologiyalarına maraq göstərdiyi qeyd olunub. Azərbaycan hökumətinin “Atoms4Netzero” təşəbbüsü çərçivəsində təmiz enerjiyə keçiddə nüvə enerjisinin, o cümlədən SMR-lərin potensial rolunun birgə təhlilini dəstəklədiyi vurğulanıb.
S. Məmmədov çıxışının sonunda Azərbaycan hökuməti adından digər ölkələri təmiz enerjiyə sürətli keçid üçün qlobal əməkdaşlığı inkişaf etdirməyə qoşulmağa dəvət edib. Azərbaycanın bu istiqamətdə fəaliyyətə töhfə verən layihələr üzərində birgə işləməyə hazır olduğunu söyləyib.
Tədbir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Marianno Qrossinin iştirakı ilə panel iclasında davam edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycanın enerji strategiyası: Dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq