COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru Cozef Anisin iştirakı ilə Yaşıl Zonada tədbir keçirilib.
azturkxeber.az xəbər verir ki, tədbirin əsas mövzusu “GE Vernova” şirkəti tərəfindən “AzərEnerji” ASC-nin Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100 faiz hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi olub.
Tədbirin yekunu olaraq, “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında sözügedən layihə ilə bağlı sənəd imzalanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Yaşıl sivilizasiyanın COP29 anonsu
Azərbaycanın dinamik inkişaf edən beynəlxalq əlaqələri - Afrika ölkələri ilə əməkdaşlıq yeni müstəvidə