COP29-un plenar iclasında çıxış edən Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş hazırkı iqlim sammitinin Bakıda təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, burada çoxlu sayda dövlətlərin və iştirakçıların təmsil olunduğunu qeyd edib.
azturkxeber.az xəbər verir ki, hökumət başçısı çıxışında Azərbaycan Prezidentinin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışına istinad edərək, bütün Avropa dövlətlərinin Bakıya öz nümayəndə heyətlərini göndərdiyini vurğulayıb. “Bütün Avropa burada təmsil olunur və bu, iqlim dəyişikliyi mövzusuna çox diqqət yetirildiyinin sübutudur”, -deyə o qeyd edib.
Baş nazir dövlətinin BMT-nin iqlim proqramlarında maliyyə iştirakına sadiqliyini ifadə edib.
Xatırladaq ki, COP29 ərəfəsində bəzi siyasi xadimlər Bakı sammitini boykot etməyə çağırıblar. Lakin onlar heç nəyə nail olmayıblar və gördüyümüz kimi, hətta avropalı siyasətçilər də bu gün öz çıxışlarında bunu dolayısı ilə etiraf edirlər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!