“Ticarət və İnvestisiya Evi” stendlərində Azərbaycanın əlverişli işgüzar mühiti və investisiya layihələri barədə məlumat verilir, müxtəlif görüş və tədbirlər keçirilir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının tərəfdaşlığı ilə COP29 çərçivəsində Mavi və Yaşıl Zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb.
Stendlər olan məkanda İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, sərmayədarlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AZPROMO-nun 2025-ci ildə ixracın və investisiyaların təşviqi üzrə fəaliyyəti
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Yaşıl sivilizasiyanın COP29 anonsu
Milli Məclisin iclasında