azturkxeber.az
http://azturkxeber.az

Pakistanın İqlim Diplomatiyası Mərkəzinin prezidenti: Azərbaycan və Pakistan iqlim və davamlılıq sahəsində əməkdaşlığı gücləndirir

12-11-2024

 

Azərbaycan və Pakistan arasında davamlılıq, ticarət və investisiya sahələrində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Xüsusilə yaşıl iqtisadiyyat və digər davamlılıq layihələrində tərəfdaşlıq imkanları genişdir.

Bu sözləri Pakistanın “COPAIR” İqlim Diplomatiyası Mərkəzinin prezidenti Amna Munavvar Avan AZƏRTAC-a açıqlamasında bildirib.

COP29-da iştirak edən A.M. Avan Bakı səfəri və Azərbaycan-Pakistan əlaqələri barədə də danışıb:

"Bakıya gəlməkdən çox məmnunam, bu, mənim ikinci səfərimdir. İlk dəfə Bakıya Pakistan Prezidentinin biznes və sosial nümayəndə heyəti ilə gəlmişdim”, - deyə o, qeyd edib.

Amna Munavvar Avan Pakistanın iqlim ədaləti və maliyyələşməsi üçün çalışdığını bildirib.

Azərbaycanın Pakistan üçün regional bir tərəfdaş olaraq əhəmiyyətini vurğulayan A.Avan Bakının turizm, iqtisadi inkişaf və mədəni zənginliyini də yüksək qiymətləndirib: “Azərbaycan turizm və iqtisadi inkişaf baxımından heyranedicidir. Bakıya çoxlu xarici ziyarətçi gəlir, şəhərin gözəlliyinə heyran qalır. Burada insanlar çox qonaqpərvərdir”, - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930