“Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Respublikası hökuməti və “Şəfəq (Cəbrayıl) Solar limited” şirkəti arasında 240 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsinin imzalanma mərasimi keçirilib.
COP29 çərçivəsində baş tutan imzalanmadan sonra “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə torpaq icarə müqaviləsinin imzalanması mərasimi baş tutub.
Müqavilələri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və bp-nin baş direktoru Murrey Okinkloss imzalayıblar.
Mərasimin sonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutub.
10.42
Energetika Nazirliyinin COP29 çərçivəsində keçirəcəyi tədbirlərin siyahısı açıqlanıb.
Bu gün keçiriləcək görüş zamanı nazirlər səviyyəsində aparılacaq müzakirələrdə bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi müzakirə ediləcək.
Eyni zamanda, bp ilə Cəbrayıl rayonunda 240 meqavat gücündəki “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə uyğun olaraq Nazirlərin 9-cu iclasının keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycanın yaşıl enerji strategiyasında yeni mərhələ
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6 sənəd imzalanıb
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB