azturkxeber.az
http://azturkxeber.az

Davi Bomtempo: Azərbaycan və Braziliyanın maliyyələşmə ilə bağlı dəstəyə sahib olması çox vacibdir

12-11-2024

Davi Bomtempo: Azərbaycan və Braziliyanın maliyyələşmə ilə bağlı dəstəyə sahib olması çox vacibdir

“İyun ayında Azərbaycana yalnız müəyyən imkanlardan yararlanmaq və əlaqələr qurmaq üçün gəlmişdim. Ancaq indiki gəlişim tamamilə fərqlidir, çünki hazırda COP29 tədbiri gerçəkləşir. Həmçinin biz Braziliya sənayesinin imkanlarından istifadə edərək yeni əlaqələr yaratmaq və sənayemizin karbon iqtisadiyyatından necə yararlandığını göstərmək üçün buradayıq. Qeyd etməliyəm ki, COP28 və COP29-da qoyulan məsələlər eynidir, ancaq fərqli səviyyələrdədir. Biz bu problemlərlə tam şəkildə məşğuluq”.

Bunu azturkxeber.az-a müsahibəsində Braziliyanın ətraf mühit və davamlılıq meneceri Davi Bomtempo deyib.

COP29-da maliyyələşmənin əsas müzakirə mövzusu olduğunu qeyd edən qonaq bildirib: “Maliyyə aşağı karbonlu iqtisadiyyat yaratmaq, keçid etmək üçün bir əsasdır. Çünki çoxlu maliyyə mənbələrinə ehtiyac var. Hazırda biz inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələri necə maliyyələşdirəcəyini müzakirə edirik. Azərbaycan, Braziliya və bütün digər bu kimi ölkələrin maliyyələşmə ilə bağlı dəstəyə sahib olması çox vacibdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930