azturkxeber.az
http://azturkxeber.az

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib

12-11-2024

Bakı Olimpiya Stadionunun COP29 iqlim sammiti üçün ayrılmış “Natəvan” konfrans zalında müvafiq beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə brifinq keçirilib və burada nümayəndələrə gənclərin iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi üzrə demək olar ki, bütün sahələri əhatə edən geniş məruzə təqdim olunub.

azturkxeber.az xəbər verir ki, tədbirdə bəşəriyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində gənclərin fəal iştirakının artan əhəmiyyəti və iqlim problemlərinin həllinin sonrakı nəsillərə həvalə edilməsinin yolverilməzliyi qeyd edilib.

Sonra istedadlı gənclərin – Kanadanın bir universitetinin tələbələrinin hazırladığı, cəmiyyətin iqlim problemləri ilə bağlı maarifləndirilməsinə yönəlmiş cizgi filmi nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930