azturkxeber.az
http://azturkxeber.az

Ombudsman və UNICEF tərəfindən “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb

08-11-2024

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) genişmiqyaslı fəaliyyətində uşaq hüquqlarının müdafiəsi və təbliği mühüm yer tutur.
Uşaq hüquqlarının təbliği sahəsində fəaliyyətin davamı olaraq, Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda “BMT-nin Uşaq hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanıb.
Vəsaitdə “Uşaq hüquqları haqqında” Konvensiyada təsbit olunmuş maddələr uşaqlar üçün anlaşılan dildə təqdim edilib.
Nəşr barədə keçidə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.

[media=https://ombudsman.az/storage/wReh7ZuN44YS9DK9LZgVA12sOdveySK4wHnAyoJ3.pdf]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930