azturkxeber.az
http://azturkxeber.az

Dövlət Sərhəd Xidmətini ağacəkmə aksiyası keçirdi

08-11-2024

 Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Atçılıq Fedarasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.
 
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilmişdir.
 
Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayram əhval-ruhiyyə ilə başa çatmışdır.
[media= https://dsx.gov.az/news/1829]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930