azturkxeber.az
http://azturkxeber.az

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub

08-11-2024

8 Noyabr - Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayında, Zabitlər parkında, Fəvvarələr Meydanında və Koroğlu parkında Müdafiə Nazirliyinin hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub, eləcə də hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

azturkxeber.az xəbər verir ki, hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb, vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, bu gün səhər 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930